O, üçüncü övladını iş yerində, çalışdığı ticarət kioskunda dünyaya gətirmişdi. "Arzuolunmaz" uşaqdan qurtulmaq qərarına gələn Yelena Mehdiyeva dünyaya gətirdiyi qızını içində su olan vedrədə boğub, sonra körpənin cəsədini polietilen paketə qoyub və yaxınlıqdakı kolluğa atıb.
Polisdən verilən məlumata görə, ertəsi gün Y.Mehdiyeva şəhər doğum evinə yollanaraq əməlini etiraf edib.
Milli.Az bildirir ki, Sterlitamak şəhər prokurorluğu cinayətlə bağlı istintaqı başa vurub.
Cinayət işi məhkəməyə göndərilib.