ABŞ-da yaşayan Cennifer Eversole təsadüfən göz damlası əvəzinə dırnaq yapışqanını gözünə töküb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, göz damcısı şüşəsi ilə yapışdırıcının yan-yana və eyni ölçüdə olduğunu deyən Eversole yanlışla problem yaşayıb.
Altı uşaq anası Cennifer Eversole dırnaq yapışqanını səhvən göz damcısı ilə səhv salıb gözünə damcıladıqdan sonra xəstəxanaya yerləşdirilib. Eversole bu qorxulu qəzanı izah edərkən göz yaşlarını saxlaya bilməyib.
İlkin tibbi yardım briqadası evə gələrək Eversole xəstəxanaya apardıqdan sonra həkimlər Eversolenin yapışqanla bağlanmış gözünü uyuşduran göz damcıları vuraraq aça biliblər.
Eversole bu dəhşətli qəzadan bir neçə gün sonra sağalıb. Ancaq hadisəni xatırlayaraq ağlaya-ağlaya açıqlama verib.
Ayşən