Qadın ilk iş günündə işdən qovuldu: şok səbəb - FOTO

Qadın ilk iş günündə işdən qovuldu: şok səbəb - FOTO
DÜNYA
00:02 23.02.2023
1087
Belçikada bir şirkətdə işə başlayan qadın irsi xəstəlik səbəbiylə dişlərinin göründüyü üçün ilk iş günündə işdən çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, Belçika mətbuatının verdiyi məlumata görə, adı açıqlanmayan 35 yaşlı qadın işçi 2 il əvvəl bir firmaya iş üçün müraciət edib.

COVID-19 epidemiyası davam etdiyi və epidemiya səbəbindən diş müalicəsi gecikdiyi üçün iş müsahibəsi zamanı maska taxan qadının diş problemləri müsahibədə deyil, ilk iş günündə işəgötürən tərəfindən bilinib. Həmin gün qadından öz razılığı ilə işdən çıxması və bir daha işə gəlməməsi barədə sənəd imzalaması tələb olunub.

35 yaşlı qadın ayrı-seçkiliyə qarşı mübarizə aparan UNIA-ya müraciət edib. UNIA qadının işəgötürəni ilə bir neçə görüş istəyib, lakin bu tələblər rədd edilib.

Bundan sonra qadın əmək məhkəməsində işəgötürənə qarşı iddia qaldırıb. İddia zamanı işəgötürən qadının iş müsahibəsi zamanı həyati məlumatları gizlətdiyini və aqressiv davranışlar sərgilədiyini iddia edib.

Hakim işəgötürənin təzminat kimi 6 aylıq ümumi əmək haqqının ödənilməsi və insanların görünüşünə, əlilliyinə və ya xəstəliyinə görə bir daha ayrı-seçkiliyə yol verməməsinə qərar verib.

Aydın

 


OXŞAR XƏBƏRLƏR