Qadın kafeyə gələn şəxsi qarət etdi

Qadın kafeyə gələn şəxsi qarət etdi
SOSİAL
18:21 15.10.2022
219
Sumqayıtda kafedə oğurluq olub.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Qurd dərəsi bağlar sahəsində yerləşən kafelərin birində Sumqayıt şəhər sakininin 1090 manat pulu və mobil telefonu oğurlanıb.

Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR