Qadın keçmiş əri və sevgilisi ilə dəstə yaratdı: qatil oldular - FOTOLAR

Qadın keçmiş əri və sevgilisi ilə dəstə yaratdı: qatil oldular -  FOTOLAR
KRİMİNAL
12:26 05.09.2016
2785
2016-cı ilin yanvar ayında Bakıda qətl hadisəsi törədən şəxslər hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayon sakinini öldürməkdə təqsirləndirilən Mübariz Əliyev, Ehtiram Həsənov və Mahurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Qetd ddək ki, hadisə Suraxanı rayon ərazisində baş verib. Qətli törətməkdə şübhəli bilinən Mübariz Əliyev və Ehtiram Həsənov ilk ifadələrində qətli törətdiklərini etiraf ediblər.
“Hövsan bağları” adlanan ərazidə bağ evlərindən birində qəsəbə sakini 52 yaşlı Qalib Bağırovu tamah məqsədi ilə öldürdüklərini bildiriblər.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum olunaraq 17 il həbsxana həyatı yaşayan Ehtiram Həsənov Qalib Bağırovun evinə pul və qızıl zinət əşyaları götürmək məqsədi ilə girdiklərini söyləyib.
O, öldürdükləri şəxsin evini birlikdə yaşadığı qadından öyrəndiyini deyib: "Yaşadığım qadından eşitmişdim ki, belə bir imkanlı adam var. Onu bir ildən çox idi tanıyırdıq. Getdik evinə. Pulun yerini soruşduq. Dedi ki, sizi tanıdım. Bəlkə də yalan deyirdi. Çünki, üzümüzdə maska var idi”.
Qətldə əli olan digər şəxs isə Ehtiramın qeyri-rəsmi arvadı Mahnurə Hüseynovanın keçmiş əri, Astara rayon sakini Mübariz Əliyevdir.
44 yaşlı Mübariz də qətlə yetirdikləri şəxsi Mahnurənin vasitəsilə tanıdığını bildirib:
“Məhnurə gəlib deyirdi ki, uşağımız xəstədir, pul istəyirdi. Bir dəfə Ehtiramla gəldilər. Ehtiram dedi ki, uşaq əldən gedir, çoxlu pul lazımdır. Mən dedim ki, ən çoxu 200 manat tapa bilərəm. Dedi ki, azdır”.
Mahnurə keçmiş əri və yeni sevgilisini birlikdə Qabil Bağırovun evinə girməyə inandırıb.
Əvvəlcə planlaşdırılan görüş zamanı Mahnurə hazırki sevgilisi ilə keçmiş ərinə imkanlı adam kimi tanıdığı Qalib Bağırovun evini qarət etməyi təklif edib.
Mahnurə evi göstərdikdən sonra ərazidən uzaqlaşıb. Mübarizlə Ehtiram isə ev sahibinin qapını açması üçün səhər saatlarını gözləyiblər. Sübh vaxtı Qalib Bağırov evindən çıxıb işə getmək istəyən zaman sifətlərini maska ilə bağlayan Ehtiramla Mübariz onu içəri salıblar.
Q.Bağırov müqavimət göstərsdiyindən və onları tanıdığından bıçaqla ona zərbələr endiriblər.
Qətli törətdikdən sonra Ehtiramla Mübariz Mahnurə Hüsyenovanın yanına yollanıblar. İşin alınmadığını bilən qadın sevgilisinə və keçmiş ərinə qaçıb gizlənmələrini məsləhət görüb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər üç şəxs həbs edilib.
İstintaq zamanı məlum olub ki, saxlanılan şəxlər daha əvvəl də bir neçə mənzildən oğurluq ediblər.
Qeyd edək ki, qətlə yetirilən şəxs Bakı Taxıl Terminalının baş texnoloqu olub. (musavat.com)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda