Qadın qızını zorlamaq istəyən ərini kəmərlə boğdu

Qadın qızını zorlamaq istəyən ərini kəmərlə boğdu
DÜNYA
23:51 14.01.2020
6004
Rusiyada qadın qızını zorlamaq istəyən ərini  kəmərlə boğub.

Bu barədə  "Nevskiye novosti” xəbər yayıb.

Bildirilir ki, kişi evə içkili vəziyyətdə gəlib. Sonra 16 yaşlı qızının otağına girərək onu zorlamaq istəyib. 

Qadın əvvəlcə kişini aralamağa cəhd edib. Lakin bacarmayıb. Qadın qorxduğunun başına gəlməməsi üçün cəld xalatının kəmərini  açıb kişinin boğazına dolayıb və boğmağa başlayıb.

Kişinin artıq nəfəs almadığını anlayanda isə dərhal polisə zəng edib.

Polislər artıq araşdırmaya başlayıblar. Hadisə ilə əlaqədar cinayət işi açılıb.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR