“Qadın “robot”dur ki, sən 4-nü birdən alırsan?” - İlahiyyatçıdan yazıçıya CAVAB

“Qadın “robot”dur ki, sən 4-nü birdən alırsan?” - İlahiyyatçıdan yazıçıya CAVAB
SOSİAL
16:31 22.12.2021
3478

Bu gün məşhur yazıçı Çingiz Abdullayev maraqlı açıqlaması ilə gündəmə gəlib.

Yazıçı Qurani-Kərimdə və hədislərdə kişiyə 4 dəfə evlənməyə, 400 qadın saxlamasına icazə verildiyini bildirib: "Quranda da, hədislərdə də yazılıb ki, hər bir kişi 4 dəfə evlənə, 400 qadın da saxlaya bilər. Mən saxlamıram. 35 ildə 1 dəfə evlənmişəm, bununla da bitib. Qadına icazə verilmir 4 ər saxlamağa, kişilərə isə icazə verilir. Pis ya yaxşı tarixdə bu belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onları qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək indi bu belədir də”.

Mövzu ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirən ilahiyyatçı Elşad Miri dində qeyd olunan çoxevlilikdən danışıb. O, qeyd edib ki, insan evlənərkən bunun məsuliyyətini dərk etməlidir: "Çingiz Abdullayev bundan əvvəl də cənnət və cəhənnəm məsələsini gündəmə gətirmişdi, cəhənnəmdə olmağı daha üstün tutuduğunu bildirmişdi. Qurandan danışarkən bir ayəni qəbul edib, digərini qəbul etməmək İslami bir yanaşma deyil. Çingiz müəllim o zaman, cənnət-cəhənnəm məsələsinə də eyni prizmadan yanaşmalıdır. Qurani-Kərimdə sadəcə olaraq, ikinci, üçüncü qadın evliliyi məsələsinin qadağan edilmədiyi qeyd edilir. Qurani-Kərim bir qadınla evliliyin məsləhətə uyğun olduğunu tövsiyyə edir. Həm də İslam dinində katoliklərdə olduğu kimi evlənəndən sonra boşanmaq qadağandır deyə bir prinsip yoxdur. Əsas odur ki, insanlar bir-biri ilə ünsiyyət qurarkən rahatlıq tapsınlar. Quran bunun məsuliyyətli olduğunu deyir. Yəni insan evlənərkən bunun məsuliyyətini dərk etməlidir”.

Elşad Mirinin sözlərinə görə, qadınlar da məsələni fərqli şəkildə gündəmə gətirə bilərlər: "Mənim düşüncəmlə təkevlilik daha gözəldir, Qurani-Kərimin də məsləhət bildiyi budur. Quranın gəldiyi dövrdə insanlar limit sayı olmadan evlənirdi,müqəddəs kitabda da onlara dəstək olan bir yanaşma var. Yoxsa 4 qadını al, bir evdə saxla kimi yanaşma yoxdur. Mən bunun təbliğ olunmasının tamamilə əlehinəyəm. Eyni məsələni qadınlardan soruşsaq, qadınlar da həqiqətən kişilər kimi düşünəcəklərmi? Yaxud da qadınlar öz üzərlərinə ikinci bir qadının gətirilməsinə razı olarlarmı? Qadın robotdurmu, onun hissi, duyğusu yoxdurmu?”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR