Məşhur balerina Dusty Botton və həyat yoldaşının adı təcavüzdə hallanır.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Amerikada yaşayan məşhur balerina və əri şagirdinə təcavüz ediblər. Bu barədə balerinanın keçmiş şagirdi Sage Humphries polisə məlumat verib.
O bildirib ki, müəllimi ona təcavüz edərkən xanımı da ona kömək edib: "Müəllimimin yoldaşı mənə silahla dolu otaqda təcavüz etdi. Mən isə fəryad edərək müəllimi çağırdım. O gəldi, lakin mənə yox, yoldaşına kömək etdi və əllərimdən tutaraq hər ikisi də mənə qarşı cinsi zorakılıq etdilər".
Hadisədə adı hallanan məşhur balerina və həyat yoldaşı saxlanılıb. Faktla bağlı polis araşdırmalara başlayıb.
Qeyd edək ki, Amerika mətbuatı günlərdir bu hadisədən danışır.
Mikayıl Mirzəzadə