00:09 çərşənbə Axşamı, 15 Oktyabr 2019
DÜNYA

Qadın sevgilisi ilə birləşib ərini öldürdü, cəsədini yandırdı, 13 il maaşını "yedi"

12:58, 16.09.20191997
Qadın sevgilisi ilə birləşib ərini öldürdü, cəsədini yandırdı, 13 il maaşını
Türkiyədə yaşayan qadın dəhşətə gətirən əməl törədib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində törədilən dəhşətli cinayətin üstü 13 il sonra açılıb.

Adananın Seyhan qəsəbəsində yaşayan 51 yaşlı Fitnat Vural barda tanış olduğu sevgilisi Serdar T. ilə birləşərək ərini öldürüb. Oğlan sonradan iz itirmək üçün kişinin cəsədini yandırıb.

Ərini öldürən qadın sonradan polisə müraciət edərək onun itkin düşdüyünü söyləyib. İllər sonra cinayətin üstü açılanda məlum olub ki, qadın 13 ildir ərinin maaşını da alırmış.

Fitnat Vural və sevgilisi Serdar T. saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ