Qadın övlad dünyaya gətirdiyi gün sevgilisinin xəyanəti ilə üzləşdi - FOTO

Qadın övlad dünyaya gətirdiyi gün sevgilisinin xəyanəti ilə üzləşdi - FOTO
DÜNYA
00:08 08.12.2022
489

Böyük Britaniyada yaşayan Claire Barnes adlı qadın doğumdan bir gün sonra nişanlısı tərəfindən aldadıldığını öyrənib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yarıçılpaq fotoların telefonuna gəldiyini görən Barnes başına gələnlərdən kədərlənib.

Məlum olub ki, qadının nişanlısı qonşusu ilə illərdir münasibətdə olub.

Artıq yeni münasibətdə olan gənc qadın həyatının ən çətin anlarını bu sözlərlə təsvir edib:

"Övladımız Mickeyleyi dünyaya gətirdiyim gün nişanlımın iki ildən artıq bir münasibətdə olduğunu bildiyim gün idi. Onsuz da iki ildir ki, bir yerdə idik. Bu o deməkdir ki, o, birlikdə olduğumuz müddətdə məni aldadıb. Mən Leury ilə münasibətimin əla olduğunu düşünürdüm. Nişanlı idik, toya cəmi bir neçə ay qalmışdı və birlikdə həyat planlaşdırırdıq. Leury o qədər romantik idi ki, onu təsvir edə bilmirəm. Heç vaxt onun məni aldadacağını düşünməzdim, lakin yanıldım”.

Ayşən

 

 


OXŞAR XƏBƏRLƏR