Qadını dəfnində oturtdular - FOTOLAR

DÜNYA
18:20 27.05.2014
2671
Puerto-Rikoda 80 yaşlı qadını öz dəfn mərasimində oturdublar.
San-Xaun şəhərinin sakini Corcina Çervoni Llor bazar günü vəfat etmişdi. Dünənsə onun dəfn mərasimi olub.
Puerto-Rikonun paytaxtındakı "Marin Funeral Home"dakı dəfn mərasimində Corcina Çervoni Llor mərkəzdə, gül-çiçəyin arasındakı kresloda oturdulmuşdu. O, əllərini kresloya qoymuşdu və sanki yatırdı.
Llorun əynində 32 il əvvəl ikinci dəfə ərə gedəndə geyindiyi gəlinlik paltarı vardı.
Corcinanın qızı Miriam Çervoninin dediyinə görə, anasının vəsiyyətinə uyğun olaraq davranıblar.
"Anam ölümündən əvvəl dedi ki, öz dəfnində iştirak etmək istəyir. Biz də onun vəsiyyətini yerinə yetirdik", - Miriam Çervoni Llor deyib.(Milli.az)
OXŞAR XƏBƏRLƏR