Qadını qatarın altına itələyən şəxs: Şeytanın əmrini yerinə yetirdim - VİDEO

Qadını qatarın altına itələyən şəxs: Şeytanın əmrini yerinə yetirdim - VİDEO
DÜNYA
10:52 29.01.2018
8163

Braziliyada gənc bir qadını metro stansiyasında bir şəxs platformaya daxil olan qatarın önünə itələyib.

San Pauloda yaşanan olayda relslər arasındakı boşluğa düşən gənc qadın inanılmaz bir şəkildə sağ qalıb.

Yaralanan qadın xəstəxanaya çatdırılıb. Onu itələyən adamsa səlahiyyətlilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Əqli qüsurlu olduğu düşünülən şəxs ifadəsi zamanı "Şeytanın əmrini yerinə yetirdim" deyib.

Həkimlərin nəzarətə götürdüyü gənc qadının vəziyyətinin yaxşı olduğu deyilir.

///Milli.Az

OXŞAR XƏBƏRLƏR