Qadını şantaj edən kişi ələ keçdi

Qadını şantaj edən kişi ələ keçdi
SOSİAL
13:36 05.05.2021
1446
Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir gənc qadın mayın 3-də tanışının onun şəkil və videolarını sosial şəbəkədə yayacağı ilə hədələyib qızıl bilərzik və üzüyünü aldığını bildirib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Birinci Biləcik kənd sakini T.Əhmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR