Qadının barmaqlarını kəsib, qaçdı

Qadının barmaqlarını kəsib, qaçdı
DÜNYA
19:41 02.08.2023
239
Türkiyədə əfqan əsilli kişi eyni evdə yaşadığı 30 yaşlı qadının barmaqlarını kəsərək, hadisə yerindən qaçıb.

AZXEBER.COM Türkiyə mətbuata istinadla xəbər verir ki, Biləcik bölgəsinin Ərtoğrul Gazi küçəsindəki mənzildə birgə yaşayan Əfqanıstan əsilli N. Nəimi  ilə Tacikistan əsilli R.Fəridə arasında mübahisə yaşanıb. Mübahisə davaya çevriləndə N. Nəimi qadının 5 barmağını kəsib. Hadisədən xəbər tutan qonşu polisə və təcili yardıma xəbər verib. Qadın xəstəxanaya yerləşdirilib, onun barmaqlarını kəsən şəxs isə polis bölməsində dindirildikdən sonra Biləcik Ədliyyəsinə aparılıb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR