Əməliyyatı kiçik cərrah aparırdı.
Hamilə qadın cərrahın səhvən kor bağırsağı deyil yumurtalığı kəsdiyi əməliyyat zamanı vəfat edib.
Üç uşaq anası, 32 yaşlı Mariya Cesus hamiləliyin 21-ci həftəsində idi. Kor bağırsaq sancısı ilə Romford Esseksdə (Böyük Britaniya) Kral Hospitalına gətirilir.
Bu mürəkkəb əməliyyat bədbəxtçilikdən həftə sonuna təsadüf edir, təcrübəli cərrahların çoxu istirahətdə idilər. Buna görə də əməliyyatı, kor bağırsaq əvəzinə yumurtalığı götürən kiçik cərrah edib.
Üç həftə sonra qadın qarın nahiyəsində dəhşətli ağrılardan əzab çəkdiyi üçün yenidən xəstəxanaya gətirilib. Yalnız onda həkimin səhvi aşkar edilib.
İki gün sonra Cesus uşağını itirdi və kor bağırsağı əməliyyat olunarkən elə əməliyyat zamanı vəfat etdi.
Yahya Al Abed etiraf etdi ki, o, həqiqətən xəstənin kor bağırsağı əvəzinə səhvən sağ yumurtalığını götürüb.
O zaman hospitalda cəmi üç həftə idi işləyirdi və hamilə qadınlar üzərində belə mürəkkəb əməliyyatlar aparmaq üçün yetərincə təcrübəsi yox idi.
Müayinə xəstənin qanının zəhərlənməsindən öldüyünü göstərdi.
İş üzrə istintaq davam edir.(oxu.az)