Qadınlar maska taxmadığı üçün onlara cərimə yazan polisi döydülər - VİDEO

Qadınlar maska taxmadığı üçün onlara cərimə yazan polisi döydülər - VİDEO
DÜNYA
14:01 11.08.2021
1344
Maska taxmayan iki qadın onlara cərimə yazmaq istəyən polisi döydülər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Hindistanda baş verib. COVID-19 ilə mübarizəyə könüllü olaraq dəstək verən mülki müdafiə işçisi maska taxmadıqlarına görə cərimə yazmaq istədiyi iki qadın tərəfindən döyülüb və təpiklənib.

Qadınların zabitə hücum etdiyi anlar ətrafdakı insanlar tərəfindən görüntüyə alınıb. 

Hadisədən sonra qadınlar saxlanılıb və barələrində cinayət işi açılıb.
 
Aydın