Yeni bir araşdırma göstərib ki, dünyada işçilərinin üçdə ikisi qadınların kişilərdən daha yaxşı rəhbər olduğuna inanır.
AZXEBER.COM xəbər verir ki, Britaniya Biznes Mükəmməlliyi Mükafatlarının sorğusuna qatılan 2300 işçinin 67%-i qadın liderlərin öz işlərində kişi müdirlərdən daha effektiv olduğuna inandığını bildirib.
Qadın liderlər çoxşaxəlilik və təşkilatçılıq bacarıqları kimi əsas liderlik sahələrində kişilərdən üstün olaraq qəbul edilib, işçilərin 83%-i isə qadın müdirləri daha empatik hesab edib.
74% qadın müdirlərin daha işbirlikçi liderlik tərzinə sahib olduğuna inanır, 69% isə qadınların iş yerində daha əlçatan və dəstəkləyici olduğuna inanır.
İşçilərin beşdə dörddən çoxu qadın müdirlərin müsbət iş mühiti yaratmaqda kişilərdən daha yaxşı olduğunu düşünür.
Ayşən










































