Qadınlara pis xəbər: - Hündürdaban ayaqqabılar qadağan edilir

Qadınlara pis xəbər: - Hündürdaban ayaqqabılar qadağan edilir
DÜNYA
12:40 19.06.2014
10557
Bir müddət öncə krujevalı alt paltarının istehsalı, ixracı və satışı qadağan edilmişdi.
“Spravedlivaya Rossiya” partiyasının deputatları Gömrük İttifaqında (Gİ) keta, altıdüz və hündürdaban ayaqqabılara qadağa qoymağı təklif edirlər, səbəb isə onların insan orqanizmi üçün ziyanlı olmasıdır.
Aşağı palatanın deputatı Oleq Mixeyevin bəyan etdiyinə görə, əhalinin 40%-i yastıpəncəlikdən əziyyət çəkir.
“Əvvəllər narahat ayaqqabı üzündən yalnız qadınlar əziyyət çəkirdilər, çünki narahatlığın əsas hissəsini hündür dabanlar yaradırdı, nəticədə isə yastıpəncəlik, nevrom, deformasiya yaranırdı. İndi isə risk qrupuna kişilər də aiddir. Dəbli keta, loufer, mokasinlər də sağlamlıq üçün zərərlidir. Belə ayaqqabıda pəncə düzgün oturmur və nəticədə yastıpəncəlik və deformasiya, xroniki venoz çatışmazlığı meydana çıxır”, - deputat bəyan edib.
Nəşr qeyd edir ki, müvafiq sorğu Avrasiya İqtisadi Komissiyasının rəhbəri Viktor Xristenkonun adına ünvanlanıb.
Bir müddət əvvəl Gömrük İttifaqı ərazisində Gİ texreqlamentinə müvafiq olmadığı üçün krujevalı alt paltarının istehsalı, ixracı və satışı qadağan edilmişdi.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR