Qadınlarda həssas günlərdə ağrıları azaldan 7 TƏBİİ VASİTƏ

MARAQLI
01:54 19.04.2016
1691

Hər 10 qadından 9-u menstruasiyadan əvvəl və menstruasiya zamanı bu və ya digər xoşagəlməz hallar, ağrılarla üzləşir.

AZXEBER.COM "Saglamolun.az"a  istinadən xəbər verir ki, bu ağrıları azaltmaq üçün dərhal dərmanlara əl atmayın. Bəzi xalq təbabəti vasitələri sizə çox yaxşı kömək edə bilər.Bu vasitələrin arasında:1. NanəNanə spazmolitik xüsusiyyətlərə malikdir, ağrını və spazmı (sıxılma) azaldır.1 ç.q. quru nanə 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gündə 2 dəfə içilir.2. ZəncəfilZəncəfilin də spazmoitik və həmçinin ağrısızlaşdıran və iltihabəleyhinə xüsusiyyətləri var.3-4 sm uzunluqda təzə zəncəfil təmizlənir, sürtgəcdən keçirilir və 200 ml qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Bu dəmləməni 1/2 stəkan olmaqla gündə 2 dəfə içmək olar. Dəmləməyə 1 çay qaşığı bal və limon da əlavə edə bilərsiniz.3. ÇobanyastığıÇobanyastığı "qadın otu" sayılır. Çobanyastığı çox yaxşı spazmolitikdir.1 ç.q. çobanyastığı 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 2 dəfə içilir.4. Biyan kökü1 xörək qaşığı biyan kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.5. Darçın1/2 ç.q. darçın 1 stəkan ilıq südə əlavə edin və için.6. Mixək3-4 mixək əzin və 100 ml qaynar suda 20 dəqiqə ərzində dəmləyin. Belə dəmləməni gündə 2 dəfə içmək olar.7. Qatırquyruğu1 x.q. qatırquyruğu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.Sadaladığımız bitkiləri həm ayrı-ayrı istifadə etmək olar, həm də 2-3 bitkini qarışdırmaq olar (məsələn, çobanyastığı + nanə və ya çobanyastığı + qatırquyruğu və s.).

OXŞAR XƏBƏRLƏR