Şirniyyat sevən qadınların bundan sonra şirniyyata münasibətinə yenidən baxmaları lazımdır.
Sən demə, çox şirniyyat yemək zərif cins nümayəndələrinin üzündə tüklərin artmasına səbəb olur.
Sosioloji sorğular göstərir ki, bu, artıq çəki problemindən sonra qadınları ən çox narahat edən məqamdır.
Endokrinoloq Rina Devidsonun sözlərinə görə, qadında tüklənməyə yalnız müxtəlif xəstəliklər, genetik amillər səbəb olmur. «Şirniyyata həddindən artıq sevgi qadının dodaqlarının üstündə, çənəsində və yanaqlarında artıq tüklərin əmələ gəlməsinə səbəb ola bilər», – o, qeyd edib: «Şəkər və xalis karbohidratlar əlavə tüklərin çıxmasına səbəb olur. Tortlarda, pirojnalarda isə məhz bu maddələrə daha çox rast gəlinir».