Qadınları narahat edən daha bir kosmetoloji problemə aydınlıq gətirildi - EKSPERT RƏYİ

SAĞLAMLIQ
13:14 04.02.2012
5907

Son vaxtlar xanımları narahat edən məsələlərdən biri də xüsusən üzdə yaranan və çoxalan gənələrdir. Bu gənələr vaxt keçdikcə üzün quruluşunu və gözəlliyini pozur. Həmçinin, ciddi dərəcədə sağlamlığa zərər yetirir. Gənc qızlar bir-birləri ilə görüşən zaman üzdən-üzə keçir. AZXEBER.COM bu məsələ ilə əlaqədar həkim-dermokosmetoloq Rəna Məmmədovanın fikirlərini öyrənib.

“Demodeks gənələri bütün dünyada geniş yayılmış parazitlərdir. Hal-hazırda bu gənələrin 65 müxtəlif növü öyrənilib. Bu dərialtı gənələrin 3 növü Demodex folliculorum Simon, Demodex brevis Akbulatova və Demodex canis yalnız insanda parazitlik edir. İlk dəfə Demodex folliculorum (uzunluğu 0,3-0,4 mm-dir) gənəsi, 1841-ci ildə səpgilərin irin kütləsində və qulaq kirində Henle və Berger tərəfindən, Demodex brevis isə 1963-cü ildə Akbulatov tərəfindən aşkar edilmişdir. 1972-ci ildə isə professorlar Deş və Nattinq insanda əsasən iki növ gənənin parazitlik etdiyini təsdiqlədilər. Demodex canis növünə isə çox nadir hallarda rast gəlinir.

Bu gənələr insanda heç də xoşagəlməyən demodekoz xəstəliyini törədirlər. Demodekoz təmas-kontakt yolu ilə keçir. Demodekoz zamanı üz və baş dərisi qızarır, qaşıntı yaranır, saçlar və kirpiyin tükləri tökülür.

Göstəriciləri:

1. Üz dərisində qırmızı ləkələr

2. Genişlənmiş dəri məsamələri

3. Dərinin həddən artıq yağlanması

4. Dəri rənginin solğun və ya bozumtul-torpaq rəngində olması

5. Dəri səthinin kələ-kötür olması

6. Üzdə mimiki hərəkətlərdə çətinliyin yaranması

7. Burun ölçülərinin böyüməsi (rənginə görə göyümtül-qırmızı gavalıya bənzəyir)

8. Dəridə qaşınma və gicişmə hislərinin olması (xüsusilə gecələr)

9. Dəridə gənə olan nahiyələrdə tüklərin tökülməsi

10. Qulaq seyvanlarının qaşınması

Bu xəstəlik ona görə təhlükəlidir ki, onu asanlıqla qıcıqlanmış dəri və ya yorğun, süst dəri ilə səhv salmaq olar. Hətta demodekozu sərbəst xəstəlik hesab etmirlər. Bu gənələrə sağlam insanın dərisində də rast gəlmək olar. Cüzi miqdarda onlar xəstəlik törədə bilmir. Lakin buna baxmayaraq uzun müddət davam edərsə, “sahibin” dəri toxumasının qida ehtiyatı tükənər, nəticədə dərinin məsamələri genişlənər, səthi kobudlaşar və öz görkəmini itirər. Yox, əgər dəridə gənələrin miqdarı həddən artıqdırsa, bu hal histopatoloji reaksiyalara və xəstəliklərə səbəb ola bilər.

Bəzən demodekoza başın tüklü nahiyəsində, qaş və kirpiklərdə də rast gəlinir. Demodex cinsindən olan bu gənələr insan orqanizmindən xaricdə uzun müddət yaşaya bilirlər. İnsan bu xəstəliyə gənə daşıyıcısı olan digər insandan yoluxur, hətta ev heyvanlarından yoluxma da mümkündür. Yaz-yay aylarında bu xəstəliyə daha tez-tez rast gəlinir. Belə ki, bu gənələr mikroorqanizm və virusların daşıyıcısı olub onların dərinin, tük və piy follikullarının daha dərin qatlarına keçməsinə şərait yaradır.

Gənələrin bədən səthi pulcuqlarla örtülüdür, bunların sayəsində gənələr tük follikullarına daha möhkəm yapışa bilir. Gənələr hormonlarla , tük follikullarının səthinə çökmüş dəri piyi ilə və oradakı endoplazma ilə qidalanır. Dişi gənələr öz formasına görə bir qədər girdə və qısadır (erkək fərdlərlə müqayisədə). Gənə tük follikulunu tərk edə bilər. Demodeks gənələri xüsusilə gecələr dəri səthinə çıxırlar (gün işığı onlara qıcıqlandırıcı təsir göstərir) və 8-16 sm/saat sürətilə hərəkət edirlər. Onlar qaranlıq və isti mühiti çox sevirlər. Gənələr bir neçə həftə yaşayırlar, onlar tük follikullarının və ya piy vəzilərinin dərinliklərində yumurta qoyurlar. 3-4 gün ərzində yumurtadan yeni gənəciklər çıxır və 7 gün ərzində onlar böyüyüb yetkin gənəyə çevrilirlər. Gənənin bir inkişaf tsikli bir sahibin bədənində gedir. Bir nəslin ömrü 14 gündür.

Demodeksin sevdiyi yerlər – göz qapağı, üzün dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyi nahiyələridir. Demodeks gənələrinin əsas lokalizasiya zonası isə “demodeks üçbucağı” hesab olunur. Bura aiddir: burun qanadları, burun-dodaq büküşü və çənə nahiyəsi aiddir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər. Demodekoz xəstəliyinə xüsusilə immun sistemi zəifləmiş, maddələr mübadiləsi pozulmuş, ammetropiyası olan, uzaqgörmədən əziyyət çəkən yaşlı insanlarda, xroniki mədə-bağırsaq pozğunluğu olan uşaqlarda rast gəlinir. Güclü emosional streslər, neyroendokrin, mədə-bağırsaq, psixi və immun xəstəlikləri kimi hallar demodekozun yaranmasına səbəb ola bilər. Bunlardan əlavə hormonal və ya digər bioloji əlavələri olan bahalı kosmetik vasitələrin istifadəsi, solyari və mütəmadi olaraq qəbul edilən müxtəlif su vannaları demodeks gənəsini qıcıqlandıra və xəstəliyin yaranması üçün ötürücü mexanizm ola bilər.

Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Bu xəstəlik öz-özünə keçib getmir. Demodekozun müalicəsi uzunmüddətli və kompleksdir. Vaxtında həkim-dermatoloqa müraciət edilməli və xəstəlik müalicə olunmalıdır.

Digər məsləhətlər:

Demodeks gənələri suyu çox sevdiyindən,isti suda tez-tez yuyunmaq məsləhət deyil.

Tüklü balışlardan imtina edin və mütəmadi olaraq yataq dəstinizi yuyun, ütüləyin və təzələyin.

Dərinizi günəş şüalarından, külək və şaxtadan qoruyun.

Qida rasionundan kəskin ədviyyatlı, şirin, yağlı qidaları və alkoqolu çıxarın.

Daha çox meyvə və tərəvəzlərdən istifadə edin.

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb