Müsahibimiz çox maraqlı insandır. Həm maraqlı, həm də tanınmış. Sosial şəbəkələrə də aktivliyi ilə diqqəti çəkən ekstrasens Aqil Məmmədov suallarımızı cavablandırıb:
-Ekstrasens Aqil Məhərrəmov... Bu ad və soyad özündə nəyi ehtiva edir? Bu üç nöqtənin ardını necə tamamlayardın?
- Peşəkarlığımı.
-Səni ekstrasens kimi tanımayanlara özünü necə tanıdardın?
-Bir çox yarışmaların iştirakçısı, altı il Rusiyada bu işdə çalışmış ekstrasens olduğumu söyləməyim məncə kifayətdir.
-Peşəkar olduğunu söylədin. Bunu necə sübut edirsən?
-Bunu sübut etmək üçün mənim fikrimcə mütləq mənada qarşımdakı şəxs mənə müraciət etməlidir. Heç olmasa, ən azından bir dəfə.
-Tez-tez efirə çıxırsan, müxtəlif verilişlərə dəvət alırsan. Ekstrasens kimi özünü kütlə arasında göstərmək, peşəkarlığını sübut etmək sənə çətin deyil ki?
-Təbii ki, insana hər hansı xəbəri qəfil vermək onu kütlə arasında pərt edə bilər. İnsan buna psixoloji cəhətdən hazır olmaya bilər. Bu zaman ekstrasens də müəyyən narahatçılıq keçirir. Ümumiyyətlə deyim ki, kütlə arasında hər hansı bir insan barədə fikir söyləmək çox çətin olur. Başqa insanların enerjisi qarışdığından, gördüklərini düzgün çatdıra bilməkdə çətinlik çəkirsən.Ona görə də kütlə arasında baxmağı yalnış hesab edirəm. Əgər kiminsə şübhəsi varsa, ayrı otaqda kamera qarşısında sübut etmək olar.
-İnsana baxdıqda ilk növbədə nəyi görürsünüz?
-İlk növbədə keçmişdə olan səhvlərini və ailə üzvlərini görürəm.
-Ailə ilə balı hansı məlumatları verə bilirsən həmin şəxsə?
-Ailəli, yaxud subay olduğunu, ailədə neçə uşaq olduqlarını, eləcə də evli, yaxud da subay olduğunu...
-Həmin insanın sizə inanması üçün elə həmin an ona hansısa sirrini söyləyə bilərsiniz?
-Bəli, həmin an o insana hamıdan gizlətdiyi bir sirrini açıb deyə bilərək ki, bu da məncə həmin şəxsin mənə inanması üçün kifayətdir.
-Son bir, iki həftə ərzində olubmu ki, yanınıza gələn şəxsə həyatı barədə söylədikləri onu şoka salıb?
-Mənim çoxu yadımda qalmasa da, bir xanımın üç il əvvəl müraciəti yadımda qalıb. O xanıma evdən nişan üzüyünün itdiyini söylədim. Bildirdim ki, ondan sonra sizin ailədə bədbəxtik başlayıb. O üzüyə cadu etdiklərindən, xanımın ailəsi dağılmışdı.
-Cadu etmək deyəndə gözümüzün önünə müəyyən əşyalar gəlir. Bəs nə ilə cadu daha tez və çox təsir edir insana?
-Yeməyə qatılıb verilən əməllər. Qan və şirniyyatla olanlar daha tez tutur.
-Bəs yeməklə verilən cadular nə ilə təmizləyirsən?
-Bu cür cadular əsasən qəbir üstündə ruhları çağırmaqla təmizləyirəm
-Aqil Məhərrəmovun ekstrasens kimi qazandığı uğurları necə sadalayardın?
-2011-ci ilin Rusiya kupasının 11-ci sezonun iştirakçısı, Ukraynada 2011-ci ilin iyul ayında keçirilən "3-cü dünya müharibəsi” dünya ekstrasensləri arasında ilk 20-liyə düşmüş ən güclü ekstrasensi, 2014-cü il, ilin ekstrasensi, 2017-ci ilin peşəkar ekstrasensi kimi yarışmaların iştirakçısı və qalibi. Ukraynada 2011-ci ilin iyul ayında keçirilən "3-cü dünya müharibəsi” dünya ekstrasensləri yarışmasında 20 ölkədən hərəsindən bir güclü ekstrasens qatılmışdı bu yarışmaya
-Orada çətin deyildi ki, güclülərlə yarışmaq? Məlumatlara görə, orada aldatma faktları da olub.
-Yox, aldatmırlar. Sadəcə irəliləyən günlərdə sponsor ortaya çıxaraq sənə maliyyə dəstəkçisi olur, sənin qalib olmağın üçün çalışır. Bu kimi məsələlər mənə yad olduğundan, eləcə də, bizim kimi kənardan gedən millətlərin nümayəndələrinə münasibət birmənalı olmadığından,mən sıxıldım.
-Aynaya baxanda kimi görürsünüz?
-Həyatda güclü olan insanın öz ayağı üzərində, heç bir dəstək almadan durduğunu görürəm.
-Bunu çoxları bacarır amma...
-Düzdür, amma öz ayağı üzərində dayanmaq da bəzən insan üçün hər problemi aradan qaldırmır. Elə nəsnələr var ki, onları nə pula, nə dəki mala dəyişmək mümkündür. Buna görə də, onları geridə qoya, unuda bilmirsən.
- Nədir o nəsnələr sənin üçün?
- Öz torpağıma olan bağlılığım.Mən asanlıqla gedib başqa ölkələrdə köçüb yaşamaq üçün tam uyğunlaşa bilmirəm. Buna görə məni Vətəndən qoparacaq qədər tutarlı əsaslar olmalıdır.
-Bəs buradan getsən Azərbaycanda öz fəaliyyətini dayandıracaqsan?
Təbii ki, bunu etməli olacam.
-Səncə səni axtaran çoxmu olacaq? Buradan uzaqlaşmağın itki kimi qəbul ediləcəkmi?
-Bunu mən deyə bilmərəm. Çünki, bir qədər özündən razılıq kimi qəbul edilə bilər. Amma əminəm ki, məni axtaranlar çox olacaq. Bunu ölkəmdən bir neçə günlük uzaqlaşanda da hiss edirəm. Mənə müraciət edənlər buna görə narahatçılıq keçirirlər. Tez, yaxud gec gələcəyimi, birdəfəlik gedib-getmədiyimi soruşurlar.
-Eksrasens aqil Məhərrəmovun üzərinə vəzifə hesab etdiyi işlər hansılardır?
-Vəzifəm insanlara kömək etməkdən ibarətdir. Bununla özümdə rahatlıq tapıram. İnsanlara düzgün yol göstərmək əsas vəzifəmdir. Elə insanlar var ki, problemdən düzgün yol tapa bilmirlər çıxmaq üçün. Onlara düzgün istiqamət verirəm, çıxış yolu göstərirəm.
-Bunu necə edirsən?
-Onlara bu addımı atarlarsa gələcəkdə nələrin baş verəcəklərini söyləyirəm. Artıq seçimi onlara buraxıram.
-Olubmu ki, sənin gələcəklə bağlı söyədiklərinə inanıb sonra peşiman olsunlar?
-Yox . Əgər belə olsaydı, mən ekstrasens Aqil Məhərrəmov kimi tanınmazdım.
-Müsahibələrinizin birində demişdiniz ki, sizə ən çox müraciət edənlər kişilərdir. İndi də belədirmi?
-Yox, demək olar ki,bu say bərabərdir.
-Qadınların və kişilərin əsas problemi nələrdir?
-Qadınların əsas problemi kişilərdir, kişilərin əsas problemi işlərdir.
-Aqil ekstrasens olaraq nələri bacara bilmir?
-İnsanı ölümdən xilas edə bilmərəm. Bir də əşyaları yerindən tərpədə bilmirəm.
-Səni narahat edən əsas nədir?
-Ən əsas sağlamlığımdır.
-Aqil hesab etmisən ki, gördüyün iş günahdır?
-Yox, qətiyyən.
-Axı səni buna görə qınayanlar, haram, günah işlədiyini düşünənlər var.
-Oğru var öz həvəsindən oğurluq edir, oğru var bu işə möhtacdır. O dünyada ehtiyac üzündən oğurluq edənlərə sorğu-sual olunmayacaq. Ekstrasenslik də belədir. Ekstrasens var ki, ev yıxır, pislik etməklə pul qazanır. Ekstrasens də var ki, öz işini görür. Məni qınayanlar ekstrasens işinin mahiyyətini bilməyənlərdir. Onlar öncə bunu bilmlidirlər. Qurandan sitat gətirərək bunu günah adlandırırlar.
-Nədir ekstrasens işinin mahiyyəti?
-Quranda ayələr çoxdur. Onlar hamısı pis əməldən uzaq durmağa səsləyir insanları. Orada deyilmir esktrasens pis əməldir. İddia edirlər ki, biz qeybdən xəbər veririk. Biz qeybdən yox, yaxın gələcəkdən xəbər veririk. Əsl dindar, Quranı mükəmməl bilən insan da, məni buna görə mühakimə edə bilməz.
Bir qadın uşaqla ağlayaraq məndən kömək istəyirsə, mən o uşağın üzünü güldürərək hansısa əxlaqsıza görə ailəsini dağıtmaqla üz-üzə qalan atanı evinə qaytarıramsa, məncə bu savab əməldir.
-Sizin bütün işləriniz xeyirxalıq üzərində bərqərar olubmu?
-Hər kəs vicdanı qarşısında cavab verir.
-Dedi ki, qadınlar əsasən ekstrasenslərə müraciət edir. Nədir ekstrasenslərə üz tutan qadınların əsas problemi? Bayaq qadınların əsas probleminin kişilər olduğunu söylədiniz.
-İndi ekstrasensə üz tutan qadınların əsas problemi ailədaxili problemlərdən, münaqişələrdən qaynaqlanır. İndi boşanaraq öz həyatını yaşamaq istəyən qadınların sayı az deyil. Onlar tək və sərbəst qaldıqdan sonra imkanlı, amma evli kişiləri ələ keçirərək neçə-neçə ailəyə söz-söhbə salır, bəzən o ailəni dağıtmağa çalışırlar. Bu zaman həmin kişilərin həyat yoldaşları bizə, ekstrasenslərə ailəni qurtarmaq, qorumaq üçün üz tutur. Ailə dağıdanlar isə cadukərlərin yanına gedirlər. Əslində mən cadukərliklə məşğul olanların fəaliyyətinin qadağan ediməsinin tərəfdarıyam. Amma ekstrasenslər bunu etmirlər. Onlar pul qarşılığında insanların həyatına bədbəxtlik gətirmirlər. Bunu ayırd etmək çox sadədir. Bunun üçün maddi dəstək göstərib hansısa xanımı pis əməl üçün ekstrasens yanına yollamaq kifayətdir.
-Siz pul qarşılığında bunu etmirsiniz?
-Əlimi vicdanımın üzərinə qoyaraq deyirəm ki, heç vaxt bunu etməmişəm. Mənim işimin qayəsi, mayası xeyirxahlıq üzərində qurulub. Mən insanların dağılan ailəsini əgər sevgi varsa özünə qaytarmaq, cadu təmizləmək, biznes işlərində irəliləyiş üçün kömək edirəm. Həmçinin sağlamlıqla bağlı problem həkimlik deyilsə, cadu ilə əlaqədardırsa kömək edirəm. Bir də insanları pis əməllərdən qorumaq üçün qoruyucu (zaşita) edirəm.
-Qoruyucu nədir, bu nə qədər və hansı müddətə insanı pisliklərdən qoruya bilər?
-Qoruyucu insanı pis əməllərdən, nəfsdən qoruyur. Onların bir, iki, üç, beş illik və ömürlük qoyulanları var. Ömürlük qoruyucular tanınmış, dövlət insanlarına qoyulur. Çünki onlar üzərində daha çox nəfs olur. Onlara pislik etmək istəyənlər də çox olur.
Aqil meherremovla elaqe ucun: 055 223 66 13
instagram: ekstrasens_agil_meherremov