“Qadınların İKT sahəsində rolu”

“Qadınların İKT sahəsində rolu”
İQTİSADİYYAT
17:36 09.04.2021
651
Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyaları (İKT) ən çox ehtiyac duyulan və müraciət edilən sahələrdən biridir. Azercell bu sahədə çalışan və öz sözünü deyən qadınları bir araya gətirib. 

"Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə "Qadınların İKT sahəsində rolu” mövzusunda onlayn müzakirə keçirilib. Müzakirə ən son texnoloji danışıq platformalarından olan "Klabhaus”da "Azercell otağı”nda baş tutub. Tədbirə əsas qonaqlar qismində Azərbaycanın İKT sahəsində öz peşəkarlığı ilə tanınan qadın mütəxəssisləri qatılıb. Belə ki, Yana Krimpe (B.EST Solutions şirkətinin təsisçisi və direktoru), Günel Səfərəliyeva (MONT MMC-nin baş direktoru), İnarə Quliyeva (HPE Azərbaycan Nümayəndəliyinin rəhbəri), Xavər Babazadə ("Azercell Telekom” MMC-nin Şəbəkə Texnologiyası şöbəsinin rəhbəri) İKT sahəsində qadınların rolundan, bu istiqamətdə uğur qazanmaq üçün vacib olan şəxsi və peşəkar keyfiyyətlərdən, eləcə də son illərdə proqramçı, İT mühəndisi peşələrində çalışan qadınların uğur qazanmaq statistikasının yüksəlişindən bəhs ediblər. Onlayn sessiya hər kəsin sərbəst şəkildə sual verib, münasibət bildirməyinə açıq şəkildə keçib. Dinləyicilər tədbirlə bağlı müsbət fikirlərini bölüşüblər.

Hazırda bütün dünyada daha çox qadının İKT sahəsinə cəlb olunması istiqamətində ciddi işlər görülsə də, ən sivil ölkələrdə belə, çətinliklər və maneələr mövcuddur. Bu sahədə çalışan qadınlar İKT üzrə ümumi işçi bazarının cəmi 26% təşkil etməkdədir. Onlayn müzakirənin spikerləri Azərbaycanda qadın olaraq İKT sahəsində uğur qazanmağın imkanlarından da danışıblar, başqa ölkələrlə müqayisədə cinsi diskriminasiyanın yox dərəcədə olduğunu qeyd ediblər. Azercell Telekom da işçi seçimi zamanı bu kimi məsələlərə diqqət edir. Məlumat üçün bildirək ki, şirkət işçilərinin 42% məhz qadınlar təşkil edir. Şirkət üzrə rəhbər vəzifələrdə təmsil olunan xanımların sayı isə 30% çoxdur. Qeyd edək ki, "Azercell Telekom” MMC-nin Şəbəkə Texnologiyası şöbəsinin rəhbəri Xavər Babazadə İKT istiqamətində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.

Xatırladaq ki, bütün dünyada aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edilir. Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell Telekom qadınların İKT sahəsinə cəlb olunması, onları motivasiya etmək və özgüvənlərini artırmaq, bu istiqamətdə inkişaf etməsi məqsədilə hər il çoxsaylı tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır. İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşan Azercell tərəfindən həyata keçirilən layihələr çərçivəsində müxtəlif proqramlar, görüşlər keçirilib, İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

Azercell Telekom bərabər imkanlar yaratmaq və inklüziv cəmiyyət qurmaq istiqamətindəki sosial fəaliyyətini bundan sonra da davam etdirəcək. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir