Qafqaz Universitetində 20-yə yaxın müəllim işdən çıxarılıb?

Qafqaz Universitetində 20-yə yaxın müəllim işdən çıxarılıb?
SOSİAL
15:11 09.12.2016
1527

 

Qafqaz Universiteti 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev açıqlamasında bu məlumatların yalnış olduğunu bildirib.

"Yayılan məlumatda 20-yə yaxın müəllimin adı yazılıb. Bu məlumat tamamilə yalnışdır. Adları çəkilən müəllimlər hazırda universitetimizdə işləyirlər. Onlar işdən çıxarılmayıblar”.

Rəcəb Rzayev qeyd edib ki, universitetdən yalnız 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, mətbuatda Qafqaz Universitetində ciddi ixtisarların aparılması haqda məlumat yayılıb. Bildirilib ki, son günlər 20-yə yaxın müəllim işdən çıxarılıb.

 
OXŞAR XƏBƏRLƏR