Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını müşahidə olunmaqdadır.
AZXEBER.COM xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin jurnalistlərə müraciətində yer alıb.
Dezinformasiya risklərinin yüksək olduğu vəziyyətdə bütün media subyektləri yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırılır: "Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik".










































