“Qalatasaray” 3-cü liqa klubuna uduzdu

“Qalatasaray” 3-cü liqa klubuna uduzdu
İDMAN
11:55 29.12.2016
981
Türkiyə kubokunun B, D, E, F, G, H qruplarında növbəti oyunlar keçirilib.
 
Apasport.az saytının məlumatına görə, E qrupunda mübarizə aparan "Qalatasaray” səfərdə 3-cü liqa təmsilçisi "Tuzlaspor”a 2:3 hesabıyla uduzub. Bu oyunda "Tuzlaspor”un 1, "Qalatasaray”ın isə 2 futbolçusu (Orelyen Şedcu, Yasin Öztəkin) qırmızı vərəqə alıb.
 
Qarşılaşmada "sarı-qırmızılar"ın qollarına Orelyen Şedcu və Martin Linnes imza atıblar. Hazırda 9 xala malik "Tuzlaspor” qrupa başçılıq edir. "Qalatasaray” 5 xalla 3-cü pillədədi. B qrupunda "Kasımpaşa” səfərdə "İnəgölspor”a 3:1 hesabıyla qalib gəlib.
 
D qrupunda yarışan "Darıca Gənclərbirliyi” və "Kayserispor”un oyununda isə birincilər üstün olub - 2:1. H qrupunda "Konyaspor” "Gümüşhanespor”u 3:0, G qrupunda "Ümraniyespor” "Akhisar”ı minimal hesabla məğlub edib.
 
F qrupunda mübarizə aparan Super Liqanın lideri "Başakşəhər” "Göztəpə”yə şans verməyib - 2:0.
OXŞAR XƏBƏRLƏR