Türkiyənin "Qalatasaray" klubu Viktor Osimhenin transferini tamamladıqdan sonra klubdakı çatışmazlıqları aradan qaldırmaq üçün yeni futbolçular almaq istəyir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Sarı-qırmızılar" "Ştutqart"ın 10 nömrəsi Enzo Millot üçün təklif irəli sürüb.
Lakin bu transfer Qabriel Saranın satışı şərtiylə yekunlaşacaq.
Fransız futbolçunun da "Qalatasaray"a keçmək istədiyi bildirilir.
"Qalatasaray" rəhbərliyi ə pul qazanmaq üçün braziliyalı futbolçunu satmaq istəyir. Cimbom bu transferdən 25 milyon avro alacağını gözləyir.
"Ştutqart" Enzo Millotun satışı üçün "Qalatasaray"dan 35 milyon avro tələb edir. "Qalatasaray" isə bu məbləği 25 milyon avroya endirmək istəyir.
Qeyd edək ki, fransız futbolçu ötən il "Ştutqart"ın heyətində 43 oyunda 12 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mikayıl