'Qalatasaray' azarkeşləri Bakının mərkəzində yürüş keçirir - VİDEO

İDMAN
20:55 12.03.2013
4176

AZXEBER.COM-un məlumatına görə, İstanbul klubu Helzenkirhendə “Şalke”nin qonağı olacaq.

Ölkəmizdə sayı yetərincə çox olan “cimbom” fanatları artıq matça hazırlaşırlar. Belə ki, azarkeşlər Bakının mərkəzində toplaşaraq yürüş edir, “Qalatasaray”la bağlı şüarlar səsləndirirlər. "Sarı-qırmızılılar"ın fanatları İçərişəhər metrosu yaxınlığından Fəvvarələr meydanı istiqamətində hərəkət ediblər.

Qeyd edək ki, “Şalke” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. İstanbulda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR