‘Qalatasaray’ azarkeşlərinin bu fədakarlığı almanları şoka salıb

İDMAN
12:20 13.03.2013
2084

AZXEBER.COM-un məlumatına görə, “cimbom” fanatları matçdan bir gün əvvəl komandalarının məşqini izləmək üçün “Veltins Arena”ya gəliblər.

Məşqə azarkeşlərin buraxılması qadağan olduğundan fanlar qeyri-adi üsula əl atıb. Onlar stadionun ətrafına yığışaraq əl ilə tunel qazmağa və içəriyə bu yolla daxil olmağa çalışıblar. Lakin hadisədən xəbər tutan polis buna mane olub.

“Şalke”nin idman direktoru Horst Helt xəbəri təsdiqləyərək “Ömrümdə ilk dəfədir ki, belə çılğın azarkeş görürəm” deyib.

Qeyd edək ki, “Qalatasaray” “Şalke”ni 3:2 hesabı ilə məğlub edib.

OXŞAR XƏBƏRLƏR