AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Qalatasaray”a transfer olunub.
"Sky Sport” bildirir ki, "Qalatasaray” italyan klubuna 43 milyon avro sabit ödəniş və 2 milyon avro bonus ödəyəcək. Bundan əlavə, "Milan” futbolçunun növbəti satışından 20 faiz pay əldə edəcək.
Transferin ümumi məbləğinin 45 milyon avro olduğu bildirilir.
Müqavilə 2030-cu ilə qədər imzalanacaq.
Qeyd edək ki, ulduz futbolçu "Milan”la 2021/22 mövsümündə İtaliya çempionluğu da qazanıb.










































