Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunlarına start veriləcək.
AZXEBER.COM-un məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.
E qrupunda İtaliya nəhəngi "Yuventus" doğma meydanda "Şaxtyor" (Ukrayna) klubunu qəbul edəcək. Digər görüşdə "Nordsjaelland" (Danimarka) "Çelsi" (İngiltərə) klubunu sınağa çəkəcək.
F qrupunda iki lider - BATE (Belarus) və "Bavariya" (Almaniya) komandaları üz-üzə gələcək. İspaniyada isə "Valensiya" Fransanın "Lill" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
G qrupunda Moskva "Spartak"ı doğma azarkeşləri önündə Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşacaq. Qrupun lideri "Barselona" isə Portuqaliyada "Benfika"nın qonağı olacaq.
H qrupunun favoriti "Mançester Yunayted" klubu bu turda Rumıniyaya səfər edəcək. Burada İngiltərə nəhəngi "CFR Kluj"la üz-üzə gələcək. Son Türkiyə çempionu "Qalatasaray" isə evdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, ikinci turun qalan görüşləri sabah axşam keçiriləcək.