İstanbulun “Qalatasaray” klubu yay transfer dövründə heyətinə qatacağı futbolçularla indidən anlaşmağa çalışır.
AZXEBER.COM-un məlumatına görə, “cimbom” qışda və mövsümlərarası fasilədə transfer etmək istədiyi Alper Potuk uğrunda yenidən mübarizəyə başlayıb.
“Sarı-qırmızılılar” istedadlı futbolçuya görə 6 milyon avro və 1 futbolçusunu təklif etmək istəyir. Futbolçunun hazırkı klubu “Eskişehirspor” isə Alperə görə 6.5 milyon avro tələb edir.
“Qalatasaray” son 2 mövsümü icarə əsasında komandada keçirən Felip Melonun da transferini bitirmək arzusundadır. “Yuventus”un tələb etdiyi 6.5 milyon avro müqabilində istanbullular transferi daha kiçik məbləğə həll etmək istəyir.