"Qalatasaray" bu futbolçu ilə yollarını ayırır

"Qalatasaray" bu futbolçu ilə yollarını ayırır
İDMAN
11:37 21.03.2025
215

"Qalatasaray" klubu mövsüm sonunda Kerem Demirbayla yollarını ayıracağını açıqlayıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi üçün diqqətçəkən transfer iddiası gündəmə gəlib.

"Samsunspor" prezidenti Yüksel Yıldırım bir müddət əvvəl "Qalatasaray"dan kimi transfer etmək istərdiniz?" sualına "Kerem Demirbay" cavabını verib.

Kerem Demirbay isə Qara dəniz komandasının ona olan marağına mənfi cavab verməyib. O, "Samsunspor"a getməklə bağlı qəti qərar versə, "Qalatasaray" da bu transferə icazə verəcək.

 

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bu mövsüm "Qalatasaray"ın heyətində 30 matçda 909 dəqiqə meydanda olub, cəmi üç məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR