"Qalatasaray" daha bir ulduz futbolçunu transfer edə bilər

İDMAN
14:04 13.06.2024
156
Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Lester" klubunun futbolçusu Vilfred Ndidini transfer edə bilər

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" İngiltərənin "Lester" klubunun futbolçusu Vilfred Ndidini transfer etmək istəyir.
 
Məlumata görə, Ndidi baş məşqçi Okan Burukun ən çox arzuladığı futbolçulardandır. 
 
26 yaşlı nigeriyalı futbolçunu "Barselona" klubu da transfer etmək niyyətindədir. 

Xatırladaq ki, Ndidi ötən mövsüm "Lester"də 36 matçda meydanda olub. Yarımmüdafiəçi 6 qol, 6 asistlə klubunun Premyer Liqaya yüksəlməsinə yardımçı olub.
 
Məryəm
 

OXŞAR XƏBƏRLƏR