"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı

"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
SOSİAL
19:14 31.07.2025
319

Türkiyənin "Qalatasaray" klubu, Viktor Osimhenin transferini başa çatdırdıqdan sonra, növbəti addım olaraq "Mançester Siti"nin qapıçısı Edersonu heyətinə qatmağa hazırlaşır.

AZXEBER.COM Manset.az-a istinadən xəbər verir ki, "Sarı-qırmızılar" braziliyalı qapıçı ilə razılaşaraq İstanbula gətirməyi planlaşdırır. Transferin son mərhələsinə yaxınlaşıldığı bildirilir və tərəflər arasında sonuncu görüşün keçirilməsi gözlənilir.

Məlumatlara görə, "Qalatasaray" Ederson üçün illik 8 milyon avro maaş təklif edəcək. Eyni zamanda, İstanbul təmsilçisi "Mançester Siti" ilə 8-9 milyon avro transfer qiymətində razılığa gəlməyə yaxınlaşıb.


Qeyd edək ki, 31 yaşlı braziliyalı qapıçı 2017-18 mövsümündə "Benfika"dan 40 milyon avro qarşılığında "Mançester Siti"yə transfer olunmuşdu.
OXŞAR XƏBƏRLƏR