“Qalatasaray” - “Fənərbaxça” derbisini sloveniyalı hakim idarə edəcək

İDMAN
12:22 20.02.2025
151
Futbol üzrə Türkiyə çempionatının növbəti turunda "Qalatasaray” - "Fənərbaxça” derbisini sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.

Bu barədə Türkiyə Futbol Federasiyasından bildirilib.

Qeyd edəlk ki, İstanbul nəhəngləri arasında qarşılaşmanı yerli, yaxud əcnəbi hakimin idarə edəcəyi uzun müddətdir, müzakirə olunurdu.

Derbi fevralın 24-də keçiriləcək.

"Qalatasaray” hazırda turnir cədvəlində 63 xalla birinci, "Fənərbaxça” 57 xalla ikinci yerdədir.
OXŞAR XƏBƏRLƏR