Türkiyə Superliqasının XXXI turunda növbəti oyunlar keçirilib. İkinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
Doğma azarkeşləri önündə "Orduspor"u qəbul edən "Sivasspor" rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıb. Millimizin hücumçusu Cihan Özkara isə matçın 64-cü dəqiqəsində meydana çıxıb.
"Bursaspor" isə doğma azarkeşləri önündə Superliqanın autsayderi "Ankaragücü"nü qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Pintonun matçın 89-cu dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 2:1.
Turun mərkəzi qarşılaşması isə İstanbulda baş tutub. Burada iki əzəli rəqib - "Fənərbaxça" və "Qalatasaray" klubları üz-üzə gəlib. İstanbul derbisində qalib müəyyənləşməyib. Hərəyə 2 dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar - 2:2.
Qeyd edək ki, XXXI turun qalan görüşləri bu axşam və sabah keçiriləcək. (qol.az)