"Qalatasaray" futbolçularından Somaya 5 milyonluq yardım

İDMAN
17:42 15.05.2014
1592
"Qalatasaray"lı futbolçular Soma üçün 5 milyon türk lirəsi (1 mln. 893 min AZN) yardım edib.
ANS PRESS-in məlumatına görə, futbolçular Somada dünyasını dəyişən və yaralananların ailələr üçün yardım kampaniyasına başlayıb. Klubun heyəti arasında toplanan təxminən 5 milyon lirəlik maddi yardım və hədiyyələr mədənçilərin ailələrinə veriləcək.
Eyni zamanda forma, geyim kimi məhsullarda işçi ailələrinə göndəriləcək. Klubdan hansı futbolçunun nə miqdarda pul verdiyinin açıklanmayacağı ifadə edilib. "Qalatasaray" rəhbərliyi də bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin Manisa vilayətinin Soma rayonunda mədən faciəsi baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir. Qəza, növbə dəyişimi vaxtı baş verdiyindən hadisə zamanı mədəndə iki qat çox fəhlə olub. Onların karbon monoksid qazından zəhərləndikləri bildirilir. Somada mədəndəki faciədə ölənlərin sayının 282 olduğu açıqlanıb.
OXŞAR XƏBƏRLƏR