"Qalatasaray" ingilis klubundan irlandiyalı futbolçu alır

"Qalatasaray" ingilis klubundan irlandiyalı futbolçu alır
İDMAN
16:07 05.08.2024
153
"Qalatasaray" bu dəfə İngiltərənin aşağı liqa klublarından olan "Blekbörn"ün futbolçusu Semmi Smodiksə gözünü dikib. 

AZXEBER.COM xəbər verir ki, 28 yaşlı iralndiyalı futbolçu üçün təklif hazırlanır. 

Semmi ötən mövsüm ingilis klubunun heyətində 48 oyunda forma geyinib.
 
33 dəfə rəqib qapısını silkələyən Smodiks 4 dəfə məhsuldar ötürmə ilə komanda yoldaşlarını sevindirib.

2026-cı ilin iyununa qədər müqaviləsi qüvvədə olan irlandiyalının bazar dəyəri 7 milyon avroya bərabərdir.
 
Məryəm
OXŞAR XƏBƏRLƏR