"Qalatasaray" Köhnün yerinə bu futbolçunu gətirir

İDMAN
14:04 07.08.2024
99
"Qalatasaray" "Aston Villa"nın futbolçusu Luka Dini transfer etmək istəyir.

AZXEBER.COM xəbər verir ki, "Cimbom" sol cinah müdafiəçisini Derrik Köhnü əvəzləməsi üçün transfer etmək niyyətindədir.
 
Buna səbəb Köhnün bu mövsüm komandadan ayrılma ehtimalının olmasıdır.

Ötən mövsüm "Aston Villa" forması ilə 46 oyuna çıxan fransalı 2 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bazar dəyəri 12 milyon avro olan 31 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.
 
Luka "Barselona", "Everton", "Lill", "Roma" və PSJ kimi klublarda oynayıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR