Qalatasaray klubunun rəsmi geyim dükanı – Gstore Bakıda fəaliyyətə başlayır.
Türkiyədə olduğu qədər Azərbaycanda da geniş azarkeş kütləsinə sahib olan Qalatasaray klubu Bakıda rəsmi geyim dükanının açılışını edəcək. Dekabrın 9-dan etibarən Bakı sakinləri Azadlıq prospekti 99 ünvanında yerləşən “Gstore” mağazasından klubun orijinal geyimlərini əldə edə bilərlər.
Qalatasaray klubunun tanınmış şəxslərinin iştirak edəcəyi rəsmi açılış isə, 13 dekabr tarixində keçiriləcək.
Açılışda klubun vitse-prezidenti Abdürrahim Albayrakın iştirak edəcəyi gözlənilir.
Tarixi açılış günü sarı-qırmızılılara gözlənilməz süprizlər təqdim ediləcək.
Qeyd edək ki, tarixi günlə bağlı sosial şəbəkələrdə və “galatasaraybaku.com” saytında maraqlı yarışma həyata keçirilib. Yarışma zamanı 3 suala doğru cavab verən şəxslərə hədiyyələrin veriləcəyi ilə bağlı öncədən elanlar yayımlanıb. Yarışmada iştirak edən və suallara doğru cavab verən şəxslər açılış günü Abdulrahim Albayrak tərəfindən mükafata layiq görüləcək.
Ünvan: Azadlıq prospekti 99
GalatasarayBaku.Com [email protected]/* */ +99412 440 93 71 +994 55 213 19 05