"Qalatasaray" "Mançester Yunayted"ə Aron Van Bissaka və Skott Maktominey üçün təklif göndərib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cim-Bom" iki futbolçu üçün 15 milyon avrodan keçməyə hazır olduğunu bildirib.
İngiltərə nəhənginin rəsmiləri isə düşünmək üçün vaxt istəyib.
"Sarı-qırmızılar" artıq hər iki futbolçu ilə müqavilə şərtləri üzrə razılıq əldə edib.
Xatırladaq ki, ingilis mətbuatı daha əvvəl Türkiyə klubunun iki oyunçu üçün 25 milyon avronu gözdən çıxaracağını vurğulamışdı.
Məryəm