"Qalatasaray" Mertenslə yeni müqavilə imzaladı

İDMAN
13:23 04.07.2024
157
İki ildir "Qalatasaray"da çıxış edən belçikalı futbolçu Dris Mertens daha bir mövsüm İstanbul təmsilçisinin formasını geyinəcək.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cim-Bom" futbolçunun 2 milyon 900 min avro maaş alacağını bildirib. 

Xatırladaq ki, hücumçu klubla ümumi 84 matçda meydana çıxıb.
 
O, bu matçlarda 19 qol vurub, 23 məhsuldar ötürmə edib.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR