"Qalatasaray" Brumanın transferini rəsmiləşdirib.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda deyilir ki, tam adı Armindo Tue na Banqna olan portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferə görə, "Sportinq"ə 10 milyon avro ödənilib.
Bu il 19 yaşını qeydə edəcək Brumanın "Qalatasaray"dakı qazancı da açıqlanıb. 1 milyon avro imza haqqı ödənilən futbolçu 2013/14 mövsümündə 1, 2014/15 və 2015/16-də 1.1, 2016/17 və 2017/18-də isə 1.2 milyon avro maaş alacaq. Həmçinin Brumaya ilk mövsümdə hər oyuna görə 10, sonrakı iki ildə 15, son iki futbol ilində isə 20 min avro maaş veriləcək.
Beləliklə, matçbaşı nəzərə alınmasa Bruma transferi "Qalatasaray"a 16.6 milyon avroya başa gəlib.
Qeyd edək ki, portuqaliya gənclər yığmasının üzvü olan Bruma bu il 20 yaşlılar arasında keçirilən Dünya Çempionatında parlaq çıxışı ilə yadda qalıb. Gənc futbolçu 4 oyunda 5 qol vurmaqla "gümüş top"un sahibi olub.