"Qalatasaray" Rusiyadan futbolçu ala bilər

İDMAN
15:13 11.07.2024
165
Türkiyənin "Qalatasaray" klubu Piyer-Emil Hoybyerq, Adrien Rabyo və Skot MakTominey kimi ulduz futbolçularla maraqlanır.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sarı-qırmızılılar"ın siyahısına əlavə edilən son futbolçu Rusiyanın "Zenit" klubundan Vendel olub.

"Qalatasaray" braziliyalı yarımmüdafiəçiyə təklif edilməsi üçün məbləğ təyin edəcək.

Qeyd edək ki, hazırda bazar dəyəri 20 milyon avro olan 26 yaşlı Vendelin "Zenit"lə daha 3 illik müqaviləsi var.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR