Türkiyənin futbol komandası "Qalatasaray" sabah yeni prezidentini seçəcək.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Sarı-qırmızılı klubun 104-cü dövr rəhbərliyinin müəyyənləşəcəyi ümumi qurultay, sabah yerli vaxtla saat 11.00-da Qalatasaray Liseyində baş tutacaq.
Qurultayda konqres şurası komitəsi yaradılacaq və açılış mərasimindən sonra seçkilərə başlanacaq.
Ümumi qurultayda səs hüququ olan təxminən 10 min üzv sandıq başına gedəcək.
Konqres üzvlərinin səs vermələri üçün Qalatasaray Liseyində 20 seçki qutusu qurulacaq və səsvermə saat 16.00-da başa çatacaq.
Hazırkı prezident Dursun Özbək və konstitusiya professoru və siyasətçi Süheyl Batum "Qalatasaray"ın fövqəladə ümumi qurultayında yarışacaq.
Baş məclis üzvləri Dursun Özbək üçün qırmızı, Süheyl Batum üçün isə sarı rəngdə çap olunmuş bülletenlərdən istifadə edəcəklər.
Oksana