“Qalatasaray” super kubokun qalibi oldu

İDMAN
07:32 13.08.2012
1188

Futbol üzrə Türkiyə super kuboku uğrunda qarşılaşmada Qalatasaray və Fənərbaxça komandaları üz-üzə gəlib.

AZXEBER.COM-un məlumatına görə, Ərzurumda keçirilən oyunda Qalatasaray 3:2 hesabı ilə qalib gəlib. Qalatasaraydan Umut Bulut (2) və Səlcuk İnan (pen.), Fənərbaxçadan isə Aleks de Souza və Dirk Kuyt fərqləniblər.

Qalatasaray qələbə qolunu 1 nəfər azlıqda olarkən vurub. Engin Baytar qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Oyunu FİFA referisi Cüneyt Çakır idarə edib.

OXŞAR XƏBƏRLƏR