"Qalatasaray"ın braziliyalı futbolçusu Kenni Teteni satmaq üçün qiymət təyin edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" Səudiyyə Ərəbistan klublarının da hədəfində olan Tete üçün 10 milyon avro qiymət müəyyən edib və bu rəqəmdən aşağı enmək istəmir.
Qeyd edək ki, "Qalatasaray"ın heyətində 45 rəsmi oyuna çıxan Tete 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
Məryəm