Sabah Çempionlar Liqasında (ÇL) II tura start veriləcək . Apasport.az saytının məlumatına görə, Türkiyənin yeganə təmsilçisi olan “Qalatasaray” uzun fasilədən sonra Avropanın ən nüfuzlu klub turnirində ev oyununa çıxacaq.Ancaq bu, uzun illər oyandığı “Əli Sami Yen”də yox, “Türk Telekom Arena”da olacaq. Bununla da həmin stadionda ilk ÇL matçı keçiriləcək.İlk turda “Mançester Yunayted”lə səfər oyununda uduzsa da, yaxşı təsir bağışlayan “Cim Bom”un evdə “Braqa” ilə matçda qələbə şansı yüksəkdir. Fatih Terimin çalışdırdığı komanda bunu reallaşdırmaqla, azarkeşlərini ilk ev matçında sevindirmiş olacaq.Turun mərkəzi matçları “Ölüm qrupu” sayılan D qrupunda olacaq. Bu mənada İngiltərə və Almaniya çempionlarının dueli daha çox maraq doğurur. Onlar ilk dəfə üzləşəcəksə, “Ayaks” “Real” artıq neçənci dəfədir ÇL-də rəqib olurlar.2 oktyabrE qrupu“Yuventus” (İtaliya) – “Şaxtyor” (Ukrayna)“Nordşelland” (Danimarka) – “Çelsi” (İngiltərə)F qrupu“Valensiya” (İspaniya) – “Lill” (Fransa)BATE (Belarus) – “Bavariya” (Almaniya)G qrupu“Spartak” (Rusiya) – “Seltik” (Şotlandiya)“Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)H qrupuÇFR (Rumıniya) – “Mançester Yunayted” (İngiltərə)“Qalatasaray” (Türkiyə) – “Braqa” (Portuqaliya)3 oktyabrA qrupu“Dinamo” (Ukrayna) – “Dinamo” (Xorvatiya)“Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)B qrupu“Şalke” (Almaniya) – “Monpelye” (Fransa)“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)C qrupu“Zenit” (Rusiya) – “Milan” (İtaliya)“Anderlext” (Belçika) – “Malaqa” (İspaniya)D qrupu“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Almaniya)“Ayaks” (Hollandiya) – “Real” (İspaniya)Qeyd edək ki, Rusiyadakı oyunlar Bakı vaxtilə saat 21:00-da, qalan matçlar ənənəvi olaraq 23:45-də başlayacaq.