“Qalatasaray” Türkiyə çempionatının şəriksiz lideridir

İDMAN
12:17 22.12.2011
1958
Türkiyə çempionatında birinci dövrənin oyunları keçirilib. “Qalatasaray” dövrəni lider kimi tamamlamağı bacarıb.
“Qalatasaray”ın qələbə seriyası ilk dövrənin sonuncu turunda da davam edib. İstanbul klubu öz meydanında “Manisaspor”u məğlub edib. Qarşılaşma 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 64-cü dəqiqədə Selçuk İnan vurub.
“Fənərbağça” isə səfərdə “Antalyaspor”u məğlub edə bilməyib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Beləliklə, 37 xal toplayan “Qalatasaray” birinci dövrəni lider kimi tamamlayıb. “Fənərbağça” “sarı-qırmızılar”dan iki xal geri qalır.
Günün bütün qarşılaşmalarının nəticələri:
“Antalyaspor” - “Fənərbağça” 0:0
“Kayserispor” - “Ankaragücü” 3:0
“Mersin”-“Eskişehirspor” 0:0
“Qalatasaray” - “Manisaspor” 1:0
“Sivasspor” - “Samsunspor” 3:2.

OXŞAR XƏBƏRLƏR